Qanında dopinq tapılan idmançımızla bağlı – İlginc faktlar

Xəbər verdiyimiz kimi, ötən gün 4 idmançımıza dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında məlumat verilib. Bildirilir ki, güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.

Yenicag.az Qafqazinfo-ya istinadən xəbər verir ki, adı sanskiyaya məruz qalanlar arasında olan Fövqi Əfəndiyev kifayət qədər populyardır. O, Azərbaycan mətbuatında tez-tez gənc xanım modellərlə fotosessiayaları ilə gündəmə gəlib. Fövqi, hətta tanınmış müğənni Səmra Rəhimlinin səs-küyə səbəb olan “Badminton” klipində də yer alıb.

Bundan əlavə, Fövqi Bakının məşhur idman zallarının birində məşqçi kimi çalışır. Onun Pərvin Abıyeva, Səmra Rəhimli, Günel Hümbətova və Mehin kimi məşhur tələbələri var.

Bir müddət əvvəl Fövqinin Səmra ilə sevgili olması barədə xəbər də yayılmışdı, hər iki tərəf isə iddiaları təkizb etmişdi.

Əfəndiyev eyni zamanda bloqqer kimi də fəaliyyət göstərir. Llenbuterol və tamoksifen metaboliti aşkarlanan bodibildinqçimizi instaqramda 90 minə yaxın insan izləyir. O, səhifəsində sağlam üsulla əzələ yığmağın yollarından bəhs edir, bununla bağlı videolar paylaşır, məsləhətlər verir.

Ondan dopinqin aşkarlanması isə izləyicilərinin məyusluğu ilə nəticələnib.

Xatırladaq ki, F. Əfəndiyev ötən ilin avqust ayında bodibildinq üzrə yarışlarda birinci olub. Mükafatı əlindən alınacaq idmançımızın cəzası isə 2021-ci ilədək davam edəcək. O, 4 il ərzində heç bir yarışlara qatıla bilməyəcək.

COP29