“Qanla tarix yazanım” – Bəyimxanım Vəliyeva Şəhid generaldan oxudu – VİDEO

Respublikanın əməkdar artisti Bəyimxanım Vəliyeva Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunan mahnı ifa edib və klip çəkdirib.

Sözləri Samir Əfsəroğluna aid olan mahnının musiqisi Bəyimxanım Vəliyevanın özünə məxsusdur.

Rejissoru Nail Naiboğlu olan ekran əsərinin aranjimançısı isə Rasim Məmmədovdur.

Klipdə Xalq artisti Nurəddin Mehdixanlı da iştirak edib. Belə ki, o, klipin sonunda Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu hayqıran şeirdən bir parça ifa edib:

“Azərbaycan bayrağı Qarabağa sancılıb,

Azərbaycan məşəli Qarabağda yanacaq!

Qarabağda yanacaq!”

Yenicag.az klipi təqdim edir: