!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qanqrena sürətlə artır, ayağı kəsilməlidir” - Ramiz Əzizbəylinin SON DURUMU

!Reklam – Yazi

Xalq artisti Ramiz Əzizbəylinin ayağında qanqrena başlayıb. Sürətlə yayılan çürümə prosesi topuğa qədər artıb. Həkimlər onun ayağının dizdən aşağı kəsilməsinə qərar verib. Əks halda, çürümə prosesinin qarşısını ala bilməyəcəklər.

Yenicag.az-a açıqlama verən xalq artistinin qızı Xədicə Əzizbəyli atasının vəziyyətinin ağır olduğunu bildirib:

“Atamın ayağında başlayan qanqrena sürətlə yayılır, dünən çürüməni dayandırmaq üçün atamın ayağına stent qoyulub. Həkimlər indi konsilium edir. Nə qərar verilsə, o da icra olunacaq. Atam beyin xəstəsidir, həkimlər əməliyyat etməyə ehtiyat edir, qorxurlar ki, əməliyyat masasında qalar”.

“Xalq artistini müalicə üçün Türkiyəyə aparmaq planlaşdırılıbmı?” sualına cavab olaraq X.Əzizbəyli maddi durumlarının buna imkan vermədiyini bildirib:
“Xaricə aparmaq üçün maddiyyat lazımdır, biz xəstəxana xərclərini güclə qarşılayırıq. Amma burada da yaxşı həkimlərimiz var”.

Cəvahir

www.yenicag.az

4528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv