İsrail İranın ötən axşamkı hücumunu dəfə etməyə imkan verən strateji alyansı və regional əməkdaşlığı möhkəmləndirməlidir.
APA-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, bunu İsrail hərbi kabinetinin üzvü Benni Qantz bildirib.
Benni Qantz deyib ki, bu məsələ başa çatmayıb: “İsrail ötən axşam sübut etdi ki, hərbi və texnoloji gücdür, Yaxın Şərqdə təhlükəsizlik limanıdır. İsrail strateji alyansı və regional əməkdaşlığı gücləndirməklə zamanı gələndə İrana cavab verəcək”.
Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.