“Qanuni oğru” Hacı Beyləqanski 21 il azadlıqdan məhrum edildi

Moskvada məhkəmə kriminal aləmdə ən yüksək vəzifə tutmaqda təqsirli bilinən “qanuni oğru” Hacı Beyləqanskini ( əsl adı – Talıbxanlı Hacıbaba Tahir oğlu) 21 il müddətinə azadlıqdan məhrum edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məhkəmə müəyyən edib ki, o, 2012-ci ildə criminal dünyasının kralı Aslan Usoyanın (Ded Xasan) şəriki – İlqar Əliyevin sıradan çıxarılmasına görə tac alıb. O, 2012-ci ildə Moskvada Presnenski Valda yolda pusquda durub və bir neçə güllə atıb. Bu cinayətə görə Hacı Beyləqanski 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkum xüsusi rejimli həbsxanaya göndəriləcək./unikal

COP29