“Qanunlarda da boşluq doludur”

86431ANS- də yayımlanan “Salam, Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərova yol qəzası keçirib.

Bu barədə telejurnalist “Facebook” hesabında məlumat verib.

“Zəncirvari qəzaya düşdüm. Mənim avtomobilimlə yanaşı daha 3 avtomobil yararsız vəziyyətə düşdü. Yüz metr aralıda keçid ola –ola, yolu düzgün yerdə keçməyən birinə görə hamı bu boyda maddi ziyana düşdü. O isə əlini cibinə qoyub rədd olub getdi. Niyə bizdə piyada məsuliyyətə cəlb olunmur?! Niyə o maşınları düzəltdirməməlidir?! Sonra onu vuranda bütün nəsli düşür sürücünün üstünə. Qanunlarda da boşluq doludur”, -deyə A. Səfərova qeyd edib(qafqazinfo).