Qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanıldı

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerin Masallı rayonu, Köçəkli kənd sakini Cəmil Mehrəliyev olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.