!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz ceyran ovladı, həbs edildi - 15 il

!Reklam – Yazi

Şirvan Milli Parkının ərazisində qanunsuz ceyran ovlayan və milli parkın sahə müfəttişinə bilərəkdən atəş açaraq yaralayan şəxslər məhkəmənin qərarı ilə həbs olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qanunsuz ov etdiyinə və Şirvan Milli Parkının əməkdaşını qəsdən ov tüfəngi ilə yaraladığına görə məhkəmənin 16 avqust 2018-ci il tarixli qərarı ilə Rahil Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il, Elvin İsrafilov isə cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il müddətə azadlıqdan məhrum edilib. Bir baş ceyranın qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyana görə cinayətkarlar 1650 manat məbləğində cərimə olunub.

Xatırladaq ki, 30 mart 2018-ci il tarixində milli parkın ərazisində qanunsuz ceyran ovlayan brakonyerlərin saxlanılması istiqamətində parkın əməkdaşları operativ tədbirlər həyata keçirmişdi. Qanunsuz ov edən şəxslərin saxlanılması zamanı parkın sahə müfəttişi Şirəli Xalıqov brakonyerlər tərəfindən bilərəkdən ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası almışdı. Hadisəni törədən şəxslərdən biri, Elvin İsrafilov milli parkın əməkdaşları tərəfindən, digəri, Rahil Ağayev isə Salyan rayon Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmışdı.

www.yenicag.az

2781
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv