Qanunsuz dovşan ovlayan şəxs saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, rayonun Çolpu kənd sakini T.Əliyevdən bir ədəd TOZ markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı bir ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.