Qanunsuz ov edən şəxs cəzalandırıldı

Varvara Ovçuluq Təsərrüfatının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Nizami Yusubov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbirlər görülüb./Report/