Qanunsuz ov edən şəxslər cəzalandırıldılar

Ağzıbir Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Yenicag.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Şabran rayon sakinləri Taleh Şərifov və Xalid Hacıəliyev olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.