Qanunsuz parklanmalar ləğv ediləcək – Mais Ağayev

Bakı Nəqliyyat Agentliyi paytaxtda tıxacların aradan qaldırılması üçün kompleks tədbirlərə başlayacaq.

Yenicag.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bununla bağlı agentlik mütəxəssisləri Bakıda 16 kəsişməsi olan 11 arterial avtomobil yolunda təhlillər aparıb: “Həmin yollar kifayət qədər geniş olsa da, burada avtomobillərin düzgün parklanmaması tıxaclara səbəb olur. Paytaxtda qanunsuz parklanmalar aparılır ki, hansı ki, həmin parklanma edilən zolaqlarla avtomobillər rahat hərəkət edə bilər. Qanunsuz parklanmalar avtomobillərin normal hərəkətinə mane olur və nəticədə tıxaclar yaranır”.

M.Ağayev bildirib ki, bununla bağlı yaxın vaxtlarda lazımi tədbirlər görüləcək.

COP29