“Bakının bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək”.
Yenicag.az-ın xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli Babayev deyib.
Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib. O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq.
Şöbə müdiri vurğulayıb ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq: “Bakı Şəhər İcra Hakimiyyətinin bu cür tədbirləri mütəmadi olaraq davam etdiriləcək”./Report/