Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qanunsuz torpaq alqı-satqısı ilə bağlı MÜHÜM XƏBƏR - VİDEO

Baş prokurorluq torpaq alqı-satqısı zamanı neqativ halların baş verməməsi məqsədilə maarifləndirici videoçarx hazırlayıb.

Qurumun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumatda bildirilir ki, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb. Hazırda təqdim olunan videoda torpaq alqı-satqısı zamanı qanunsuz hallar ilə bağlı vətəndaşlarımıza müraciət edilib.

www.yenicag.az

365
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100