!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz villalar sökülməlidir? – Reaksiyalar fərqlidir

!Reklam – Yazi

4CCB3036-23D5-4ADF-8606-EBF977D7BE3F_mw640_mh360_sAydın Mirzəzadə: “Bütün bunlar qanun əsasında həll edilməlidir”

İqbal Ağazadə: “Yalnız məhkəmə müəyyən edə bilər”

Fərəc Quliyev: “Həmin villaların sökülməsi doğru deyil”

Əli Orucov: “Həmin villaları alıb başqasına bağışlamaq sosializm təfəkkürünün məhsuludur”

Son günlər MTN işi ilə əlaqədar həbs edilən, işdən çıxarılan yüksək rütbəli məmurların dəbdəbəli villalarının sonrakı taleyi məsələsi cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Həmin qanunsuz villaların taleyilə bağlı müxtəlif fikirlər səslənir.

Yenicag.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirdi ki, bütün bunların hamısı qanun əsasında həll edilən məsələlərdir: “Yəni mülkiyyətin sahibliyi məsələsi müəyyənləşməlidir. Mülkiyyətin, istintaq işinin epizodu olarsa, onun hansı vəsaitlə əldə edilməsi, yaxud da tikilməsi müəyyənləşməlidir. İstintaqın sonunda isə mülkiyyət yenidən məhkəmə prosesinin predmeti olacaqsa, sözsüz ki, məhkəmə təqsirləndirilən şəxsin ümumi mülkiyyəti barədə qərar çıxarmaq hüququna malikdir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də həmin məmurların qanunsuz villalarının taleyinin məhkəmə yolu ilə həll olunmalı olduğunu söylədi: “Heç kimin əmlakı barədə heç kimin mübarizəsi üzərindən qərar vermək mümkün deyil. Bunu yalnız məhkəmə müəyyən etməlidir.  Mülkiyyət hansı yolla,  necə əldə olunub və ona verilən məhkəmə qərarları da hüquqi olmalıdır.  Yoxsa biri deyir, satın, sökün, o birisi də deyir, kimsəsiz uşaqlara verin. Bunu yalnız məhkəmə müəyyən edə bilər və onun da müəyyən etdiyi qərar hüquqi olmalıdır”.

Millət vəkili Fərəc Quliyev bu tip villaların sökülməsinin tərəfdarı olmadığını qeyd etdi: “Prezident tərəfindən aparılan ciddi mübarizəni dəstəkləyir və hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə real addımların atılması cəmiyyət tərəfindən müsbət qarşılanır.  Hər kəs də prezidentə bu məsələdə dəstək olmalıdır.  İkinci bir tərəfdən, villalar və başqa formada olan əmlakların qeyri-qanuni yolla əldə olunan qazancla ərsəyə gətirildiyi müəyyənləşərsə, təbii onlar artıq dövlət mülkiyyətinə keçirilməlidir.  Dövlət mülkiyyətinə keçiriləndən sonra isə onun satışa çıxarılması, başqa məqdəslərlə istifadə edilməsi də mümkündür. Amma həmin villaların sökülməsi doğru deyil.  Çünki həmin obyektlər dövlətdən, cəmiyyətdən, xalqdan oğurlanan vəsaitlər hesabına tikilib.  Onlar dağıdılanda da xalqın malı dağıdılır.  Belə yerlər müsadirə  olunub milliləşdirilərsə, uşaq evlərinə, müəyyən idarələrə verilə bilər, orada bağçalar yaratmaq olar.  Ya da satışa çıxarmaq olar. Onların dağıdılmasının əleyhinəyəm”.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov düşünür ki, həmin villalar satışa çıxarılmalı və bu zaman əldə olunan vəsait hesabına mənzillər tikib, aztəminatlı ailələrə verilə bilər: “Qanunsuz villalarla bağlı məsələyə daha geniş yanaşmanın olmasını istərdim.  Bu təkcə gözdən düşən, hansısa cinayət əməlində suçlanan məmurlara şamil olunmamalıdır.  2004-cü ildə qəbul olunan qanunla  vəzifəli şəxslər, dövlət məmuru gəlirləri haqqında  bəyannamə verməlidir.  Amma 11 il keçməsinə baxmayaraq onun forması hazırlanmayıb.  Ona görə də bu məsələyə məhdud görüntüdə yanaşmaq doğru olmaz.  Həmin villaların mənbəyi təbii ki, çirkli pullardır.  Həmin pulların haradan gəldiyi araşdırılmalıdır.  Onun da taleyi məhkəmə qaydasında həll olunmalıdır.  Həmin villaların qiyməti çox bahadır.  Bu yerləri dövlət satışa çıxarmalıdır.  Bu zaman əldə olunan vəsait hesabına təminatsız ailələrə, müəyyən sosial qruplara  güzəştlər edilə bilər. Habelə əldə olunan vəsaitin dəyərində ümumi istifadə oluna biləcək mənzillər inşa edib, aztəminatlı sosial təbəqələrə  verilə bilər. Yoxsa həmin villaları alıb başqasına bağışlamaq sosializm təfəkkürünün məhsuludur. İkincisi, həmin villaların təyinatı da fərqlidir. Heç də hamısı ümumi yaşayış üçün nəzərdə tutulmayıb”.

ELÇİN

www.yenicag.az

925
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv