Qanunsuzluqda ittiham olunan BANKLAR – Hesabatı

bank_2Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sektorun analizini aparır.

Şirkət Bank sektoru ilə bağlı məlumatı təqdim edir.

Yenicag.az xəbər verir ki, 2015-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 11306 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 909 xəbər dərc edilib, televiziya kanallarında isə banklarla əlaqəli 65 xəbər göstərilmişdir.

Ümumilikdə iyul ayı ərzində bank sektoru  12280  xəbərlə qarşımıza çıxır.

 

İyul ayında qəzet və jurnallarda banklar haqqında 909 məlumat dərc edilib.

Bu ay haqqında ən çox danışılan banklar isə aşağıdakılardır:

 

  1. Azərbaycan Beynəlxalq Bankı                                             224 xəbər
  2. Kapital Bank                                124 xəbər
  3. Azərbaycan Kredit Bankı 60 xəbər
  4. UniBank                              52 xəbər
  5. EuroBank                                 48 xəbər

 

909 xəbərdən 882 xəbər neytral, 27 xəbər isə mənfidir.

 

Mənfi xəbərlər arasında aşağıdakı 13 bankın adı çəkilir.

 

  1. Kapital Bank         4 xəbər(Söhbət bankın qanunsuz əməllərdə adının hallanmasından gedir)
  2. Azərbaycan Kredit Bankı 2 xəbər(Bankın bağlanması ilə əlaqədar)
  3. Eurobank Azerbaijan 2 xəbər (Bankın bağlanması ilə əlaqədar)
  4. Texnika Bank 4 xəbər(Bankın bağlanması ilə əlaqədar)
  5. Muğan Bank 1 xəbər(Bankın fəaliyyətində baş verən nöqsanlardan söhbət gedir.)
  6. Parabank                           1 xəbər(Bankın vətəndaşların başına açdığı oyundan söhbət gedir)
  7. VTB Bank 1 xəbər(Bankın vətəndaşların başına açdığı oyundan söhbət gedir)
  8. AGBank 1 xəbər
  9. Nikoil Bank                         2 xəbər(Bankdakı dələduzluqdan söhbət gedir)
  10. Bank of Azerbaijan 1 xəbər(Bankın bağlanması ilə əlaqədar)
  11. ZaminBank 3 xəbər(Bankda bağlanan müqavilənin qanunsuz olduğundan söhbət gedir)
  12. United Credit Bank 1 xəbər(Bankın bağlanması ilə əlaqədar)
  13. Gəncə Bank 2 xəbər(Bank rəhbərliyindən şikayət)

 

625 xəbər nəzarətsiz yəni bank rəsmilərinin iştirakı olmadan, 284-ü isə bankın nəzarəti altında dərc olunan xəbərlərdir.

909 xəbərdən 364-də banklar haqqında qısa məzmun, 89-u sırf bankla əlaqəli, 427-də bir neçə bankın adı bir xəbərdə birlikdə(nizamlı) çəkilmişdir.

748 xəbərdə bankların adı mətndə, 156-da bankların adı başlıqda,5 xəbərdə isə alt başlıqda çəkilmişdir.

 

İyul  ayında televiziyada banklar haqqında 65 neytral xəbər göstərilib:

Bu ay haqqında ən çox danışılan banklar:

 

  1. Azərbaycan Beynəlxalq Bankı                           27 xəbər
  2. Kapital Bank  24 xəbər
  3. Azərbaycan Kredit Bankı 7 xəbər
  4. Unibank Kommersiya Bankı          3 xəbər
  5. EuroBank                                                               2 xəbər

 

 

Saytlarda isə iyul ayında banklar haqqında 11306 xəbər yer alıb. 

Bu ay haqqında ən çox danışılan banklar:

 

  1. ABB Azərbaycan Beynəlxalq Bankı   2845 xəbər
  2. Kapital Bank                               1543 xəbər
  3. Azərbaycan Kredit Bankı 849 xəbər
  4. UniBank                                          592 xəbər
  5. EuroBank 571 xəbər                                                        

 

11306  xəbərdən 11113 xəbər neytral, 182 -i mənfidir.

Mənfi xəbərdə bankın adının qanunsuz əməllərdə hallanmasıdır.

      Mənfi xəbərlər arasında aşağıdakı 12 bankın adı çəkilir.

 

  1. Kapital Bank 2 xəbər(Söhbət bankın qanunsuz əməllərdə adının hallanmasından gedir)
  2. Azərbaycan Kredit Bankı 63 xəbər(Bankın bağlanması ilə əlaqədar)
  3. Eurobank Azerbaijan           2 xəbər (Bankın bağlanması ilə əlaqədar)
  4. Texnika Bank 21 xəbər(Bankın bağlanması ilə əlaqədar)
  5. Muğan Bank 4 xəbər(Bankın fəaliyyətində baş verən nöqsanlardan söhbət gedir.)
  6. Parabank 33 xəbər(Bankın vətəndaşların başına açdığı oyundan söhbət gedir)
  7. VTB Bank 1 xəbər(Bankın bağlanması ilə əlaqədar)
  8. AGBank 8  xəbər(Söhbət bankın qanunsuz əməllərdə adının hallanmasından gedir)
  9. Nikoil Bank 23  xəbər(Bankdakı dələduzluqdan söhbət gedir)
  10. Bank of Azerbaijan 3  xəbər(Bankın bağlanması ilə əlaqədar)
  11. ZaminBank 8  xəbər(Bankda bağlanan müqavilənin qanunsuz olduğundan söhbət gedir)
  12. NBC Bank 1 xəbər(Bankın bağlanması ilə əlaqədar)
  13. Gəncə Bank 15 xəbər(Bank rəhbərliyindən şikayət)

 1310 xəbər sırf banklara aid, 2118-də bir xəbərdə bir neçə bankın adının qoşa(nizamlı)çəkilməsidir, 7872 xəbərdə banklar haqqında qısa məlumat.

5454 xəbər nəzarətli, 5852- i isə nəzarətsiz xəbərlərdir.