!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qanunun aliliyi olmalıdır, məmur dərəbəyliyi yox” – Ekspert

!Reklam – Yazi

15645652_10210123334232609_2052208510_nBu gün sosial şəbəkələrdə domeni olan şəxslərdən birinə məktub ünvanlanaraq, fəaliyyətinin dayandırıldığını və domen üzrə səlahiyyətlərin “ASAN Viza” xidmətlərini yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilməsi ilə bağlı informasiya yer alıb. Eyni zamanda, bu qərarın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verildiyi öz əksini tapıb.

Məsələ ilə bağlı Yeniçağ.az saytına danışan İKT üzrə mütəxəssis Vahid Qasımov deyib ki, bu addım domenlərin tənzimlənməsini nəzərdə tutan “Telekommunikasiya haqqında” Qanuna ziddir. Onun sözlərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təkbaşına belə bir qərar verə bilməz:

“Dövlət qurumları üçün www.gov.az zonası nəzərdə tutulub. Oradakı domenlər heç kimə satılmır. Dövlət qurumları istədikləri kimi istifadə edə bilərlər. Amma bir şəxsin aldığı, vaxtlı-vaxtında pulunu ödədiyi və heç bir qanun pozuntusuna yol vermədiyi halda domeni əlindən almağa heç kimin ixtiyarı yoxdur. Hesab edirəm ki, qanunun aliliyi olmalıdır, məmur dərəbəyliyi yox”.

P.S. Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mövqeyini dərc etməyə hazırıq.

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv