Hollandiya futbolunda qapıçı başla qol vurub.
Yenicag.az xəbər verir ki, söhbət “Ayaks”ın yeniyetmələrdən ibarət komandasının qapıçısı Dan Raytsigerdən gedir.
O, yeniyetmələr arasında keçirilən ölkə kubokunun 1/8 finalında “Breda”nın qapısına yol tapıb.
17 yaşlı qolkiper matçın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə künc zərbəsindən sonra başla fərqlənərək hesabı 1:1 edib. O, həmçinin penalti seriyasında bir zərbəni dəf edərək, komandasının 1/4 finala vəsiqə qazanmasına köməklik göstərib.