Futbol üzrə Braziliya çempionatına maraqlı anlar yaşanıb.
Yenicag.az xəbər vverir ki, “Atletiko Paranaense” – “Paranaense” matçında birincilərin qapıçısı Aderbar Santos telefonla oynayıb.
Öz qapısında təhlükənin olmadığı an telefonu əlinə alan Santos, işini bitirdikdən sonra yenidən yerə qoyur.
Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.