ABŞ-ın ən yaxşı futbolçularından formalaşan “MLS All-Star”la İtaliyanın “Yuventus” komandaları arasında keçirilən yoxlama matçında maraqlı anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, amerikalıların qapıçısı Braz Quzan matç zamanı canlı yayıma bağlanıb.
Yaxasına mikrafon taxılan qolkiper qarşılaşmanı şərh edən aparıcıyla fikirlərini bölüşüb.
MLS rəhbərliyi bu addımı atmaqla ekran başına daha çox azarkeş toplamaq niyyətindədir. Lakin bu üsuldan hələ ki, rəsmi matçlardan istifadə edilməyib.
Qeyd edək ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilərdə qazanan tərəf isə “Yuventus” olub – 5:3.