Qapıçıdan doğum günündə fantastik qol – VİDEO

İspaniyanın “Luqo” klubunun qapıçısı Xuan Karlos öz doğum günündə meydana çıxdığı oyunda futbol matçlarında nadir hallarda rast gəlinən möhtəşəm bir qola imza atıb.

Yenicag.az xəbər verir ki, o, Sequnda Liqanın 23-cü turu çərçivəsində doğma meydanda qarşılaşdıqları Xixon “Sportinq”i ilə görüşdə fərqlənib. Karlos komandası hesabda 2:1 öndə olarkən, matçın 80-ci dəqiqəsində səhnəyə çıxıb və 65 metr məsafədən inanılmaz qola imza atıb. Bu, 30 yaşlı qapıçının karyerasında ilk qoldu.

Qeyd edək ki, “Luqo” bu görüşdə 3:1 hesabıyla qalib gəlib.