Ötən gecə futbol üzrə İngiltərə və ABŞ milliləri arasında keçirilən yoldaşlıq matçında maraqlı anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, ingilislərin qapıçısı Cordan Pikford diqqət mərkəzinə düşüb.
Belə ki, 24 yaşlı qolkiper su şüşəsinin üzərinə qonaq komandanın heyətində penalti vura biləcək futbolçuların adlarını yazıb. O, su qabının üzərində futbolçuların penaltini hansı nöqtəyə vuracağını da qeyd edib.
Qeyd edək ki, o, bu üsuldan Rusiyada keçirilən dünya çempionatında da istifadə edib.
Xatırladaq ki, İngiltərə – ABŞ matçı birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.