Qaqauziya rəhbəri Kişinyova QARŞI – Putinin andiçmə mərasiminə gedəcək

Qaqauziya rəhbəri Putinin andiçmə mərasimi və Qələbə paradı üçün Moskvaya gələ bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Kreml pıçıltısı” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, Moldovanın türk bölgəsi olan Qaqauziyanın rəhbəri Putinin andiçmə mərasimi və Qələbə paradı üçün Moskvaya gələcək.

Qeyd olunur ki, “bu yolla Kreml Qaqauziyaya Kişinyovun təzyiqinin öhdəsindən gəlməyə kömək etməyə hazır olduğunu göstərmək istəyir”.

Rusiya Federasiyasında prezident seçkiləri martın 15-17-də, andiçmə mərasimi isə mayın 7-də baş tutacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən Ümumrusiya Gənclər Forumu çərçivəsində Qaqauziya rəhbəri Yevgeniya Quçul ilə görüşüb.

Rusiya prezidenti Qaqauziya rəhbərinə dəstək söz verib.

Xuraman Etibarlı

COP29