Qaqauziya rəhbəri Moldova prezidentini MƏHKƏMƏYƏ VERƏCƏK

Qaqauziya rəhbəri Moldova prezidentini məhkəməyə verməyə hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə Sputnik Moldova məlumat yayıb.

Bildirilir ki, Moldovanın Qaqauziya bölgəsinin rəhbəri Quçul Sanduya qarşı “seçkilərin nəticələrinə dair yalan və böhtanlara görə” iddia hazırlayır.

Onun sözlərinə görə, muxtariyyət rəhbəri vəzifəsinə seçkilərin nəticələri ölkənin bütün hüquqi orqanları tərəfindən tanınıb.

Qeyd edək ki, martın 18-də Sandu Quçulun “hökumətlə heç bir əlaqəsi olmadığını” deyib və onu cinayətkar qruplaşmada iştirakda ittiham edib.

Xuraman Etibarlı

COP29