Qar Quba-Xınalıq yolunu bağladı – Texnikalar cəlb olundu – FOTOLAR

Quba-Xınalıq yolu qardan təmizlənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, şimal bölgəsinə yağan qar Quba-Xınalıq yolunda da müşahidə olunur.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən yola xüsusi texnikalar cəlb olunub. Nəqliyyat vasitələrinin rahat gediş-gəlişi üçün yol qardan təmizlənir.