!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qar yağacaq – Xəbərdarlıq

!Reklam – Yazi

qaaaaa2Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 6-7-də hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 6 və 7-si gecə və səhər paytaxt və yarımadada şimal-qərb küləyinin güclənəcəyi, 6-sı axşam və 7-si arabir yağış yağacağı ehtimalı var, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.

Azərbaycan rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 6-da qərb rayonlarından başlayaraq ayın 8-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayın 6-da qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək .

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv