Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Qar yağan kimi xizək sürməyə gedirdi" - Deputatın vəfat edən oğlu barədə

Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun İsveçrədə xizək sürərkən vəfat edən oğlu Elçin Qasımovun həvəskar futbolla məşğul olduğu üzə çıxıb.

Yenicag.az xəbər verir ki, o, Bakı Futbol Liqasında çıxış edən “Sirena Motors”un üzvü olub.

Saytımıza açıqlama verən sözügedən komandanın baş məşqçisi Əfqan Talıbov Elçin Qasımovun əvvəllər də xizək sürdüyünü bildirib:

“Elçin həvəskar futbolçu idi. Əmiləri, qardaşı ilə bir yerdə futbol oynayırdıq. Mən də gecə eşitdim. Əmisi İsveçə gedib. Sənədləşmə işləri aparılır ki, cənazəsi Bakıya gətirilsin. Evin kiçik oğlu idi. Hələ evlənməmişdi. Ekstremal şeyləri xoşlayırdı. Danışanda deyirdi ki, Qusarda da xizək sürüb. Qar yağan kimi xizək sürməyə gedirdi. İndi bilmirəm, bu hadisə necə baş verib. Allah rəhmət eləsin”.

Emin Səfərov

www.yenicag.az

5080
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100