“Qara bazar” dolları yenə bahalaşdırdı

“Qara bazar”da son bir neçə gündə dollar bahalaşmaqda davam edir.

Yenicag.Az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, yanvar ayının 24-də səhər saatlarında dollar alışı 1.87 manat, satışı isə 1.89 manata qədər yüksəlib.
Bununla belə hazırda, “qara bazar” dolları banklardan daha ucuz satır. Belə ki, ötən gün banklarda dolların satış məzənnəsi 1.90-1.93 manat təşkil edib.

Qeyd edək ki, yanvarın 23-də “qara bazar” dolları 1.86 manata alıb, 1.88 manata satırdı.

Yenicag.Az