“Qara bazar”da dollar neçəyədir? – QİYMƏT

Yanvar ayının 29-da dolların “qara bazar”dakı həftə sonu məzənnəsi dəyişməyib.

Yenicag.Az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1.93 manat, satışı isə 1.96 manat olaraq qalıb.

Qeyd edək ki, yanvar ayının 26-da “qara bazar” dolları 1.90 manata alıb, 1.93 manata satırdı. Həftə sonu valyuta hərracına tələbdən az dollar çıxarılması “qara bazar”da dolları 1,5% bahalaşdırıb.

Yenicag.Az