“Qara bazar”da dollar ucuzlaşmaqda davam edir

Mərkəzi Bankın manatı bahaşdırmaqda davam etməsi “qara bazar”da da dolların xeyli ucuzlaşdırıb.

Yenicag.Az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, fevral ayının 10-da səhər saatlarında dollar alışı 1.70 manatdan 1.67 manata, satışı isə 1.75 manatdan 1.72 manata düşüb.
Qeyd edək ki, ötən günlə müqayisədə dollar “qara bazarda” 1,7% ucuzlaşıb.

Yenicag.Az