“Qara bazar”da dollar yenə bahalaşdı

Yanvarın 17-da “qara bazar”da dollar yenidən bahalaşıb.

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1.84 manata, satışı isə 1.86 manata qədər yüksəlib.

Qeyd edək ki, yanvar ayının 14-dən 16-da qədər “qara bazar”da dolların alışı 1.83 manat, satışı isə 1.85 manat olub. Fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslər bildiriblər ki, yanvar ayının 16-də keçirilən valyuta hərracından sonra dolların bahalaşması, bundan əlavə Mərkəzi Bankın ilk dəfə olaraq dolları rekord (1.8045 manat) səviyyədə bahalaşdırması “qara bazar”da dolların yenidən bahalaşmasına səbəb olub.

Yenicag.Az