Qara dəliklər partlaya bilirmi?

Qara dəliklər çox böyük kütləyə sahib kosmik obyektlərdir və onlar öz ətraflarında olan akresiya diskindəki qaz ilə tozu udurlar. Lakin qara dəliklər təkcə udmaq özəlliyinə sahib deyillər.

Yenicag.az xəbər verir ki, məsələn onlar hətta partlaya da bilirlər. Partlayış deyəndə ətrafa ifraz edilən böyük həcmli enerji nəzərdə tutulursa, demək olar ki, qara dəliklər həqiqətən də partlayırlar və bu partlayış prosesi müxtəlif cür baş verir. Qara dəliklərin partlayış növlərindən birini Hokinq şüalanması hesab etmək olar.

Məlumdur ki, qara dəliyə düşən istənilən maddə geri qayıda bilməz. Hətta işıq da qara dəlikdən çıxa bilmir. Lakin vaxtı ikən Stiven Hokinq aşkar etmişdi ki, qara dəliklər çox ləng şəkildə ətraf kosmosa şüalanma şəklində öz enerjilərini efraz edirlər. Nəticədə həmin şüalanma Hokinq şüalanması adını əldə etdi. Qara dəlik heç bir yeni maddə udmadığı zaman o, Hokinq şüalanmasını ifraz edərək öz kütləsini ləng şəkildə itirməyə başlayır. Stiven Hokinq təyin etmişdi ki, ölçü baxımından kiçik olan qara dəliklər öz kütlələrini daha tez itirirlər. Qara dəlik nə qədər kiçik olursa, onun ifraz etdiyi şüalanma bir o qədər çox olur.

Öz həyat dövrünün son anlarında qara dəlik kosmosa elə çox şüalanma ifraz edir ki, bu, böyük həcmli enerji ifrazına sahib bomba partlayışını xatırladır.

Ölçü baxımından Yer kürəsinə bənzəyən və kainatın ilk vaxtlarında yaranmış kiçik ölçülü qara dəliklərin yox olmaları üçün milyardlarla il lazım olmalı idi. Bu isə o deməkdir ki, əgər erkən qara dəliklər mövcuddurlarsa, onların partlayış prosesləri artıq indiki zamanda baş verməli idi. Lakin alimlər bu cür partlayşlar;n baş verdiklərinə dair sübutları hələ aşkar etməyiblər. Qara dəliklər həmçinin fırlanma ilə bağlı olan digər bir üsul nəticəsində də partlaya bilərlər. Kainatda fırlanan qara dəliklər mövcuddur. Fırlanan qara dəlik öz hadisələr üfüqü (bütün materiya üçün artıq geridönüşün mümkün olmadığı bir nöqtə) ətrafında erqosfera yaradır. Erqosfera fəzanın uzadılmış sahəsidir. Fəzanın bu sahəsində heç bir şey yerində dayana bilməz. Fırlanan qara dəliyə düşən hər bir şey həmin erqosferanın ətrafında fırlanmağa başlayır. Qara dəliyin ətrafında fırlanan fəza-zaman özünə tərəf hətta fotonları (işıq hissəcikləri) da çəkə bilər. Bəzən fotonların toqquşmaları onların erqosferanı tərk etmələrinə gətirib çıxarır. Lakin digər hallarda fotonlar qara dəliyin daha dərinliyinə daxil olurlar və həmin sahədə enerji ilə yüklənirlər. Daha sonra onlar qara dəliyin daha yuxarı orbitinə geri qayıda və yenidən qara dəliyə düşə bilərlər.

Bu proses çox uzun müddət ərzində təkrarlana bilər. Proses hər dəfə təkrarlandıqca fotonlar enerji əldə edirlər. Bu proses ultraşüalanma adlanır. Əgər foton hansısa anda qara dəlikdən ayrılırsa, o, böyük həcmli enerjiyə sahib olur. Bununla yanaşı əgər qara dəlikdən ayrılan bu cür fotonların sayı çoxdursa və onlar qara dəlikdən eyni anda ayrılırlarsa, bu da özünəməxsus partlayışdır. Lakin bu halda qara dəliyin özü partlamır. Qara dəliyin daha bir partlayış üsulu ondan ibarətdir ki, qara dəlik nə partlamır nə də yox olmur. Qalaktikaların mərkəzlərində yerləşən yüksək kütləli qara dəliklər özlərinə maksimal dərəcədə yaxınlaşan ulduzları parçalara ayırmaqla partlayışlar yaradırlar. Bunun baş verdiyi halda kosmosa inanılmaz həcmdə enerji ifraz edilir. Bununla yanaşı qara dəliklər öz ətraflarında akresiya diski formalaşdırırlar. Akresiya diski qara dəliyin özünə tərəf çəkdiyi maddələrdən ibarətdir.

Nəticədə bu disklər kvadrilyon dərəcə Selsi temperatura kimi qızaraq kainatın ən parlaq obyektlərinə çevrilirlər. Bu cür disk eyni anda milyona yaxın qalaktikanın işığını kölgədə qoya bilər. Öz güclərinin ən pik zamanlarında bu disklər elektrik və maqnit sahələri yaradırlar. Həmin sahələr is öz növbələrində diskin tərkib hissəsini təşkil edən maddələrin bir hissəsini xarici istiqamətə uzun nazik şüalanma şəklində ifraz edirlər. Bu cür şüalanmalar jet adlanır və onlar kosmosun on minlərlə işıq ili sahəsini əhatə edirlər. Jetləri partlayış adlandırmaq olmaz. Lakin buna baxmayaraq bu proses çərçivəsində də böyük həcmdə enerji ayrılır./Lent.az/