Bu gün Qara dənizə düşən Rusiyaya məxsus “TU-154” təyyarəsinin qalıqlarını və həlak olanların meyitlərini tapmaq üçün əraziyə 27 gəmi cəlb edilib.
Yeniçağ.Az “Lent.az”-a istinadən xəbər verir ki, gəmilərlə yanaşı 14 helikopter və 3 mindən çox hərbçi-xilasedici qüvvələri ərazidə axtarış tədbirləri həyata keçirir. Axtarış ümumilikdə 10 kvadrat kilometr ərazini əhatə edir.
Qeyd edək ki, təyyarədə olduğu dəqiqləşən 93 nəfərdən 10-un cəsədi artıq tapılıb. Hazırda 83 nəfərin cəsədi axtarılır.
Yeniçağ.Az