Qara dənizdə batan Rusiya gəmisinin 5 üzvü xilas edildi: Ölənlər var

Qara dəniz sahillərində batmış Rusiya gəmisinin azı 2 üzvü həlak olub.

Yenicag.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Bartın vilayətinin qubernatoru Sinan Güner bildirib.

“Batan gəminin göyərtəsində 13 nəfər olub. Onların hamısı Rusiya vətəndaşlarıdır. Hazırkı ana qədər 5 nəfər xilas edilib, iki nəfərin meyiti aşkarlanıb”, – deyə, o bildirib.

Qubernatorun sözlərinə görə, hazırda daha 6 nəfərin xilas olunması əməliyyatı davam etdirilir.

***

Türkiyədə Rusiyanın yük gəmisi batıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bartın vilayətinin valisi bildirib.

“Qara dənizdəki pis hava şəraiti və yüksək səviyyəyə qalxan dalğalar gəminin İnkumu sahilinə çatmasına imkan verməyib. Xilasetmə heyətlərimiz gəmidə çətin vəziyyətdə qalan 15 nəfərə yaxın insanın xilası üçün fəaliyyətə başlayıb” – deyə vali bildirib.