!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qara dənizdə yük gəmisi batıb, 7 nəfər itkin düşüb

!Reklam – Yazi

Qara dənizdə yük gəmisi batıb.

“Qeroi Arsenala” adlı gəminin göyərtəsindəki yeddi nəfər itkin düşüb. İlkin məlumata əsasən, gəminin göyərtəsində 12 nəfər olub. Bunlardan 8-i Rusiya, 3-ü Ukrayna və 1-i Gürcüstan vətəndaşıdır. Gəmi Rostov vilayətindən Türkiyəyə taxıl aparırmış.
Fövqəladə Hallar Nazirliyinin Krım üzrə Baş İdarə rəisinin köməkçisi Vladimir İvanov hadisə yerinə bir neçə xilasetmə gəmisinin və aviasiyanın göndərildiyini deyib. Artıq bir dənizçi xilas edilib, daha dörd nəfəri sudan çıxarmaq istiqamətində işlər gedir.
Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarının keçirilməsinə maneçilik törədir. Bildirilir ki, qəzanın baş verdiyi ərazidə dalğaların hündürlüyü 3 metr, küləyin sürəti saniyədə 20 metrədək çatır.

FHN-nın məlumatına görə, Panama bayrağı altında hərəkət edən yük gəmisinin göndərdiyi SOS siqnalını sərhədçilər qəbul edib. Sonra məlumat xilasedicilərə göndərilib. (APA)

Yeniçağ.az

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv