Qara görə təmir təxirə salındı – QAZ OLACAQ

Əhalinin təbii qaza olan tələbatını təmin etmək məqsədilə sərfiyyatda 1 milyon 446 min kubmetr artım olub. Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq.

Bu barədə Azərtac-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib. O bildirib ki, respublikada, eləcə də paytaxtda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar fevralın 17-də Abşeron rayonunda, Bakının Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının qaz şəbəkəsində nəzərdə tutulmuş təmir işləri təxirə salınıb.

“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Yeniçağ.az