Xəbər verdiyimiz kimi, Rusiyanın Çelyabinsk şəhərində 47 yaşlı kriminal avtoritet Rəhman Abdullayev tutulub.
Yenicag.az-ın məlumatına görə, o, Rusiya DİN Çelyabinsk vilayət Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Abdullayev sahibkarlara zorən haqq qoymaqda, saxta şirkətlər yaradaraq külli-miqdarda vergidən yayınmaqda və sair cinayətlərdə ittiham olunur.
İddialara görə, Rəhman Abdullayev “Lotu Quli” ləqəbli Nadir Səlifovun Cənubi və Şərqi Ural üzrə “valisi” sayılır
Kriminal avtoritetin həbs edildiyi anın videosunu təqdim edirik: