“Qara Qarayev” stansiyasında təlim keçiriləcək

“Qara Qarayev” metro stansiyasında təlim keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Qara Qarayev” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 31 avqust 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.