!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qara Qarayevi almanlar istəyir? - RƏSMİ AÇIQLAMA  

!Reklam – Yazi

Mətbuatda yayılan məlumatlara görə, futbol üzrə milli komandamızın Almaniya ilə oyununda (1:4) bir futbolçumuz daha çox diqqət çəkib. Məğlubiyyətə baxmayaraq, “Qarabağ” klubunun üzvü Qara Qarayevin nümayiş etdirdiyi oyun bir neçə klub rəsmilərinin diqqətini çəkib. Həmin klubların isə ölkə xaricindən olduğu iddia edilir. Deyilənə görə, bununla bağlı birbaşa AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyevə də müraciət olunub.

Məsələ ilə əlaqədar AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan federasiya rəsmisi onlara heç bir təklifin gəlmədiyini deyib:

“Məsələni Riad Rəfiyevlə bir daha danışıb aydınlaşdırmışam. Düzdür, Almaniya ilə oyundan sonra bəzi şəxslər R. Rəfiyevlə söhbət edib. Azərbaycanda yaxşı oyun nümayiş etdirən futbolçularla maraqlanıb. Amma konkret ad çəkməyiblər.

Hər kəs çox yaxşı bilir ki, təklif kluba olunmalıdır. AFFA-ya bununla bağlı heç bir təklif göndərilməyib. Belə bir şeydən söhbət gedə bilməz. Həmişəki kimi bu oyunda menecerlər vardı. Riadı tanıdıqları üçün, ondan bir neçə futbolçu barədə soruşublar. Hələ ki, konkret heç kimə müraciət olunmayıb”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv