!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qara qutuların oxunması hansı halda xarici ölkələrə göndərilir? - Ehtiyatda olan polkovnikdən AÇIQLAMA

!Reklam – Yazi

“Azərbaycanda qara qutular oxuna bilir və bu sahədə çox ciddi mütəxəssislərmiz var”.

Bunu dünən qəzaya uğrayan helikopterin qara qutusunun oxunması və hadisənin baş vermə səbəblərinə münasibət bildirən ehtiyatda olan polkovnik, Hərbi Hava Qüvvələrinin qoşun xidmət rəisi vəzifəsində çalışmış hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, qara qutu zədələnəndə xarici ölkələrə müraciət edilə bilər:

“Qara qutuların Rusiyada oxunacağı ilə bağlı söz-söhbətlər dolaşır. 24 iyul 2019-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı Xəzər dənizində qəzaya uğramışdı. Rəşad Atakişyev şəhid olmuşdu. O qəza zamanı təyyarənin qara qutusu zədələnmişdi. Ona görə xarici ölkələrdə oxunmuşdu. Azərbaycanda qara qutunu oxuya biləcək mütəxəssislərmiz var. Qara qutu helikopterlərdə iki ədəd olur. Onun biri zədələndikdə, digəri açılıb oxunur”.

Baş vermiş hadisəyə gəldikdə isə Rövşən Məhərrəmov bunları deyib:

“Bu adi təlim uçuşu olub. O qədər zabitlərin helikopterdə bir yerdə olması normal haldır. Orada daha da yüksək rütbəli zabitlər də ola bilərdi. Qara qutu açılmamış heç kim dəqiq rəy söyləyə bilməz. Nəzərinizə çatdırıram ki, belə hallar tez-tez baş verir. Bu bütün ölkələrdə baş verir və bununla bağlı çoxlu xəbərlər oxuyuruq.

Rəsmi açıqlamaya görə qəza eniş zamanı baş verib. Kənar qüvvə məsələsi çox müzakirə olunur. İnanmıram ki, hər hansısa kənar qüvvənin əli olsun. Hərbi Hava Qüvvələrinin qoşun xidmət rəisi olmuşam. Hava limanlarının, hərbi helikopter və təyyarələrin qorunmasına birbaşa cavabdehlik daşımışam. Bilirəm ki, bizim texnikalar necə mühafizə olunur. Çünki bunu zamanında təşkil etmişəm. Ona görə əminlikə deyə bilərəm ki, kənar qüvvə halı mümkünsüzdür”.

Səxavət Məmməd

www.yenicag.az

1023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv