!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qara Rəhilə“yə hökm oxundu

!Reklam – Yazi

hokmmBakı Ağır Cinayətlər Məhkəməsində cibgirliklə məşğul olmaqda təqsirləndirilən Rəhilə İsmayılova, onun ailə üzvləri – Məleykə Şamilova, Nətavan Şamilova, Mətanət Şamilova və Məcid Şamilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R. İsmayılova 4 il, M. Şamilov 4 il 4 ay, Məleykə Şamilova 6 il, N. Şamilova 7 il müddətinə azadlıdan məhrum edilib. Azadlıqda olan Natəvan Şamilova məhkəmə zalında həbs edilib. Həbsdə olan Mətanət Şamilova isə azadlığa buraxılıb. O, 2 min manat cərimə olunub.
Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxslərin üzərilərinə baxış keçirilərkən Məcid Şamilovdan 3,75 qram, Rəhilə İsmayılovadan isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı məlum olub ki, onlar avtobusda Gülüzə Abışovanın içərisində 40 manat və 6 ədəd bankomat kartı olan pul kisəsini əl çantasından oğurlayıblar. Təqsirləndirilən Rahilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməllərində şübhəli bilinir. O, kriminal aləmdə “Qara Rahilə” kimi tanınır.

www.yenicag.az

755
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv