!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” 13 milyon avronun bir addımlığında

!Reklam – Yazi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” pley-off mərhələsinə adlamaqla Azərbaycan futbolu adına tarix yazıb.

Yenicag.az xəbər verir ki, III təsnifat mərhələsində Moldova “Şerif”ini mübarizədən kənarlaşdıran ağdamlılar, eyni zamanda büdcəsini də zənginləşdirib.

Belə ki, son ölkə çempionu bu uğur sayəsində UEFA-dan 3 milyon avro mükafat qazanıb. Bundan başqa komandamız II təsnifat mərhələsində Gürcüstan “Samtredia”sını mübarizədən kənarlaşdırdığı üçün də 320 min avro gəlir əldə etmişdi.

Qeyd edək ki, “Qarabağ” büdcəsini daha da zənginləşdirə bilər. Bunun üçün isə təmsilçimizin Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması lazımdır. Belə olan halda “Qarabağ” daha 12 milyon 700 min avro mükafat qazanmış olacaq.

Yenicag.az

www.yenicag.az

1054
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv