Bu il Misli Premyer Liqasında 180 oyun keçirilib.
Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2023/2024-cü illər mövsümünün ikinci, cari çempionatın ilk yarısını əhatə edən bu matçlarda 472 qol vurulub. 9 komanda hər iki mövsümdə, “Qəbələ” və “Şamaxı” yarım il ərzində Premyer Liqada mübarizə aparıb.
İlin ən yaxşısı “Qarabağ” olub. 36 matçda 89 xal toplayan Qurban Qurbanovun başçılıq etdiyi komanda böyük fərqlə digərlərini üstələyib. 28 qələbəsi olan Ağdam klubu qol sayında “100”ün bir addımlığında qalıb.
“Sabah” ikinci, “Zirə” üçüncü göstəriciyə malikdir. “Qartallar” 36 oyun keçirənlər arasında ən az top buraxan komandadır.