“Qarabağ” 4-cü dəfə Avropa Liqasının qrupunda!

Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilib.

Yenicag.az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra qrup mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub.

Qitə miqyaslı ikinci yarışda ölkəmizi təmsil edən “Qarabağ” da mühüm matça çıxıb. Qurban Qurbanovun komandası doğma azarkeşlər önündə Moldovanın “Şerif” klubunu qəbul edib. Tiriaspolda keçirilən qarşılaşmada rəqibinə 0:1 hesabı ilə uduzan ağdamlılar, Avroliqanın qrup mərhələsinə adlamaq əzmindəydilər. Ağdam klubu bu istəyinə 3 cavabsız qolla nail olub.

Qeyd edək ki, “Qarabağ” bununla 4-cü dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmış oldu.

Avropa Liqası
Pley-off mərhələsi
30 avqust

“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) 3:0
Qollar: Maksim Medvedev, 9. Donald Gerrye, 42. Filip Ozobiç, 55.
İlk oyun – 0:1
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu