“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.
Yenicga.az xəbər verir ki, Ağdam təmsilçisi 35 yaşlı yarımmüdafiəçinin müqaviləsini 1 il müddətinə uzadıb.
Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Almeyda “Qarabağ”la 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.