“Qarabağ” Almeyda ilə müqavilənin müddətini uzatdı

“Qarabağ” futbolçulardan biri ilə müqavilə müddətini uzadıb.

Yenicag.az-ın məlumatına görə, Ağdam klubu Riçard Almeydanı heyətində saxlayıb.

Azərbaycan millisində karyerasını başa vuran Braziliya əsilli yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb. Tərəflər 1 illik anlaşıb. 34 yaşlı futbolçu 2024-cü ilin yayına qədər Azərbaycan çempionunun formasını geyinəcək.

Qeyd edək ki, Riçard 2012-ci ildən fasilələrlə “Qarabağ”da çıxış edir. O, bu müddətdə “Astana”, “Bani Yas” və “Zirə”də də forma geyinib.