“Qarabağ” ansamblı Moskvada keçirilən “Xalqların Birliyi Günü”nündə iştirak edib – Toğrul Allahverdili
Azərbaycan diasporu Moskvada “Xalqların Birliyi Günü” adlı paradda iştirak edib. ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdilinin Yenicag.az-a verdiyi məlumatla görə, paradda Azərbaycan diasporunun üzvləri və tələbələr fəal iştirak ediblər.
Ümumrusiya Azərbaycanlıları Konqresi , Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və “Azərbaycan-Slavyan” Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin qatıldığı paradda yüzlərlə həmyerlimiz Azərbaycan bayraqları dalğalandırılıb və Azərbaycanla bağlı şüarlar səsləndirib.
Həmçinin, “Qarabağ” ansamblı milli mahnılarımızı tədbir boyu ifa edib.
Elşən/Yenicag.az