“Qarabağ” – “Arsenal” matçının biletləri satışa çıxır – Qiymətlər


Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçının biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib.

Yenicag.az xəbər verir ki, azarkeşlər sözügedən qarşılaşmanın biletlərini sabahdan etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdır.

Qeyd edək ki, oktaybrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçı saat 20:55-də start götürəcək.

COP29