!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ atları Avropaya ayaq açır - İxracına başlanılır

!Reklam – Yazi

Qarabağ atçılıq kompleksi ildə 25-dək at ixrac etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə “Qarabağ atçılıq zavodu” MMC məlumat verib.

Əsas idxalatçılar Almaniya, Fransa və Böyük Britaniya kimi Qərbi Avropa ölkələri olacaq.

Müəssisənin direktoru Maarif Hüseynov bildirib ki, hazırda müəssisədə 245 baş Qarabağ atı var.

O əlavə edib ki, Qarabağ atlarının sayının artması təbii xarakter daşıyır və illik 50 baş təşkil edir. Hazırda Qarabağ atları ixrac olunmur.

Qeyd edək ki, Qarabağ atçılıq kompleksi 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq kəndində fəaliyyət göstərir.

www.yenicag.az

1568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv