“Qarabağ” – “Atletiko” matçına nə qədər bilet satılıb?

“Qarabağ” oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.

Yenicag.az xəbər verir ki, bu qarşılaşmaya bilet satışı davam edir. Ağdam klubundan verilən məlumata görə, artıq 15 min bilet öz sahibini tapıb.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.